AZ

Xırdalanda yollar təmir ediləcək

BAKI, 11 avqust. TELEQRAF

Abşeron Rayon İcra Hakimiyyəti Xırdalanda yolların təmirinə 1 milyon 497 min 696 manat vəsait xərc çəkəcək.

Teleqraf xəbər verir ki, qurum müvafiq işlərin həyata keçirilməsi üçün tender elan edib və podratçı təşkilat axtarışındadır.

Qeyd edək ki, namizədlər təkliflərini təqdim etmək üçün 600 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 18 avqust olaraq müəyyən edilib.

Seçilən
23
teleqraf.com

1Mənbələr