AZ

ABŞ Rusiyanı inandırmalıdır ki...

ABŞ Alyaskada keçiriləcək sammitdə Rusiyanı inandırmalıdır ki, Ukrayna öz təhlükəsizliyinin təminatı kimi Qərb silahları ilə dişinə qədər silahlanmış vəziyyətdə qalmalıdır.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Washington Post” qəzetində dərc olunan məqalədə qeyd edilib.

Məqalədə deyilir: “Ukrayna, kirpi kimi, Qərb silahları ilə dişinə qədər silahlanmalıdır”.

Məqalə müəllifləri hesab edirlər ki, Vaşinqton Rusiyanı Ukraynanın Avropanın şərq cinahında daimi hərbi bazaya çevriləcəyi ilə “qəbul etməyə məcbur etməlidir”.

Onların fikrincə, bu, ABŞ prezidenti Donald Trampın dövründə qeyri-real görünən Ukraynanın NATO-ya qoşulmasına alternativ ola bilər.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, Trampın Rusiya lideri Vladimir Putinlə görüşü Ukraynadakı münaqişənin sülh yolu ilə həlli çərçivəsində ərazi məsələsinin müzakirəsinə başlaya bilər.

Seçilən
63
50
ikisahil.az

10Mənbələr