AZ

Nüşabə həyat yoldaşı Rzanın ad gününü belə təbrik etdi

Əməkdar artist Nüşabə Ələsgərli şəxsi həyatı ilə gündəmə gəlib. 

Far.Az xəbər verir ki, sənətçi instaqram hesabında həyat yoldaşı Rza Toni ilə lentə alınan fotolardan ibarət video paylaşıb. 

Ələsgərli qeyd edib ki, Rzanın ad günüdür və o onu yeni yaşı münasibətilə təbrik edib. 

Xatırladaq ki, cütlük uzun illərdir evlidir. Onlar ortaq dostları sayəsində tanış olublar.

Nüşabə Ələsgərli ilə Rza Toni arasında 7 yaş fərq var. 

Seçilən
25
far.az

1Mənbələr