AZ

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə imzalanıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən və “Azərboru” Açıq Səhmdar Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Seçilən
19
25
yeniazerbaycan.com

10Mənbələr