AZ

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Sumqayıt şəhərinin Sülh prospektində yerləşən, “Azərboru” ASC-nin istifadəsində, dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 ha torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı 3 ay müddətində tədbirlər görüb dövlət başçısına məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Seçilən
23
24
7times.az

10Mənbələr