AZ

Siyəzəndə bir aylıq körpə faciəvi şəkildə öldü

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Siyəzəndə bir aylıq körpə iynədən ölüb. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, bir aylıq Əli Aqşin oğlu Novruzova iynə vururulub. İynədən sonra körpə ölüb.

Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.

Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Aqşin oğlu Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
16
globalinfo.az

10Mənbələr