AZ

Şoyqunun “qara kassası” qəflətən ölüb Kenin kim idi? (FOTO)

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın ən böyük tikinti şirkətlərindən olan “Samolet”in yaradıcısı Mixail Kenin 57 yaşında qəfil dünyasını dəyişib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediası Kenini sabiq müdafiə naziri və hazırkı Təhlükəsizlik Şurası katibi Sergey Şoyqunun klanının sərvətinin rəsmi sahibi kimi təqdim edir.

Qeyd olunur ki, Şoyqunun oğurladığı milyardlar məhz onun adına qeydə alınıb. Kenin son bir ildə bir çox aktivlərini satmağa və pulu xaricə köçürməyə çalışsa da, Kreml kimsənin onları almasına qadağa qoyub. Yəni, Şoyqunun Keninin əli ilə öz sərvətini xaricə çıxarmasına imkan verilməyib. Medianın yazdığına görə, indi Şoyqunun aktivlərini kiminsə alacağı ümumiyyətlə, mümkünsüz görünür.

Keninin ölüm səbəbi barədə məlumat verilmir. Lakin müşahidəçilər bunun təsadüf olmadığını qeyd edir və bunu Şoyquya endirilən zərbə kimi dəyərləndirirlər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
38
azpolitika.info

10Mənbələr