AZ

Türkiyədəki zəlzələdə 1 nəfər ölüb Dağıntılar altından 4 nəfər çıxarılıb + VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.

"AzPolitika" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan 81 yaşlı bir kişinin həyatını xilas etmək mümkün olmayıb.

Həmin şəxs Türkiyəli aktrisa Eylül Tumbarın əmisi olub. O, sosial şəbəkə hesabında paylaşım edib.

Yaxınlarının dağıntılar altında qaldığını açıqlayan aktrisa, sonrakı paylaşımda əmisinin vəfat etdiyini bildirib: “Onu xilas edə bilmədilər, başımız sağ olsun. Yenə də ona dəstək olan hər kəsə təşəkkür edirəm”.

Ölkənin səhiyyə naziri Kamal Memişoğlu bildirib ki, dağıntılar altından 4 nəfər çıxarılıb. Onlar xəstəxanaya yerləşdirilib. Vəziyyətləri stabildir.

Qeyd edək ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələ zamanı 1 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
34
azpolitika.info

10Mənbələr