AZ

Lənkəranda yanğın törədildi

ain.az, Metbuat portalına istinadən məlumat verir.

Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Metbuat.az-a bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib. Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb.

E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
31
metbuat.az

10Mənbələr