“Sabah” UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirəcəyi “Levski” görüşünün hazırlıqlarını davam etdirir.
“Bayquşlar”da vacib qarşılaşma öncəsi hər hansı bir ciddi problem görünmür. Komandanın heyətində cəzalı və ya zədəli futbolçu yoxdur.
Baş məşqçi Valdas Dambruaskas “Levski” görüşündə bütün oyunçuların xidmətindən yararlana biləcək. Təcrübəli mütəxəssis bu baxımdan rahatdır.
Xatırladaq ki, Bolqarıstanda keçirilən ilk oyun Sofiya klubunun qələbəsilə başa çatıb – 1:0. Cavab matçı isə ayın 14-də, saat 20:00-da start götürəcək.
İdmanxeber.az