AZ

Rəşad Əzizli yenidən “Səbail”də!

“Sumqayıt”ın qapıçısı Rəşad Əzizli Premyer Liqa təmsilçisindən ayrılaraq əvvəllər də formasını geyindiyi “Səbail”ə qayıdıb.

Arena.az bu barədə “Səbail”in rəsmi saytına istinadən xəbər verir.

31 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Rəşad Əzizli 2024-cü ilin yayında azad agent kimi keçmiş klubu “Sumqayıt”a qayıtmışdı. “Şamaxı”, “Qəbələ”, “Neftçi”, “Rəvan”, “Zirə” və AZAL-da da oynamış futbolçu 2017 və 2022-ci illərdə də “Səbail”in formasını geyinib. O, “dənizçilər”in heyətində meydana çıxdığı 10 oyunda 15 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Əzizli vaxtilə Azərbaycanın U-17 və U-18 yığmalarında da oynayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün yekunlarına əsasən Azərbaycan Premyer Liqasını tərk etmiş “Səbail” yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq.

Seçilən
111
23
arena.az

10Mənbələr