AZ

Putin və Paşinyan İrəvan - Bakı sülh prosesini müzakirə ediblər

Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunları barədə ətraflı məlumat verib. Putin İrəvan və Bakı arasında davamlı sülhün təmin edilməsi istiqamətində atılan addımların vacibliyini qeyd edib. Rusiya tərəfi 2020-2022-ci illərdə ən yüksək səviyyədə tanınmış üçtərəfli razılaşmalara uyğun olaraq, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına kömək etməyə hazır olduğunu, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının vacibliyini təsdiqləyib”, - məlumatda deyilir.

Qeyd edilir ki, Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla söhbətin əsas nəticələri və Donald Trampla Alyaskada keçiriləcək görüşə hazırlıq barədə danışıb. Ermənistanın baş naziri Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına yönəlmiş addımları alqışlayıb”.

“İkitərəfli gündəlikdəki bəzi cari məsələlərə toxunulub, Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət və investisiya əməkdaşlığının və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi vurğulanıb”, - Kremldən bildiriblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
78
50
xalqqazeti.az

10Mənbələr