AZ

Ağstafa rayonunda vətən müharibəsi şəhidi ilkin bayramovun doğum günündə xatirəsi anılıb

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

11 avqust 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Bayramov İlkin Bayram oğlunun doğum günü münasibətilə Pirili kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin digər Vətən müharibəsi şəhidi Avdıyev Orxan Habil oğlunun də məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
yeniazerbaycan.com

2Mənbələr