AZ

Paşinyan Putinlə Vaşinqton danışıqların müzakirə edib

Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən danışıqları Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Paşinyan telefon danışığı zamanı Putinə avqustun 8-də ABŞ-nın paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələrini, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması, ATƏT-ə birgə müraciət, həmçinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi barədə məlumatları Rusiya prezidentinə təqdim edib.

Baş nazir əmin olduğunu bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması təkcə bu iki dövlət üçün deyil, həm də regionun bütün ölkələri üçün yeni imkanlar açır.

Həmsöhbətlər fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.

ELÇİN
Seçilən
9
5
reyting.az

10Mənbələr