AZ

Hazırda dünyada Nobel mükafatına Donald Trampdan daha layiqli siyasi fiqur yoxdur - ŞƏRH

Bakı. Trend:

Azərbaycanın tam haqqı var ki, müharibəni bitirən, haqlısavaşımızın leqallığını qəbul edən şəxsin bu mükafata namizədliyiniirəli sürsün.

Bu barədə Trend-ə danışan siyasi şərhçi ƏzizƏlibəyli deyib.

Onun sözlərinə görə, Alfred Nobelin Azərbaycan sərvətlərindənqazancı ilə bu mükafat təsis olunub:

“Bu günə qədər azərbaycanlıların Nobel mükafatı üzərində ciddibir təsir imkanları olmayıb. İndi dünyanın taleyinin müəyyənolunduğu dönəmdə Trampın yürütdüyü siyasət belə möhtəşəm birmükafata layiqdir”.

“Bizim daha çox haqqımız var ki, dünyada Nobel mükafatını kiminalacağına yönəlik qərar verək. Ona görə də hesab edirəm ki,Prezident İlham Əliyevin tezliklə bu məsələni irəli sürməsi dəstəkalacaq. Bunun Azərbaycan məsələsinə görə olması əlahiddə birmərhələ oldu”, - Ə.Əlibəyli deyib.

Siyasi şərhçi Turan Rzayev Trend-ə bildirib ki, ABŞPrezidenti Donald Trampın Nobel mükafatına namizədliyinin irəlisürülməsi artıq real addımlar çərçivəsində mümkün və layiqligörünür:

“Sözün əsl mənasında, Donald Tramp ABŞ tarixində müharibələrdənən çox uzaq durmağa çalışan və hazırda aktual münaqişələrinhəllində addım atan nadir şəxslərdəndir. Məsələn, Rusiya-Ukraynamüharibəsi kontekstində apardığı danışıqlar və tərəfləriuzlaşdırmaq cəhdləri, 12 günlük İran-İsrail gərginliyininbitirilməsindəki çağırışları və açıq fəaliyyətləri, həmçinin,Pakistan-Hindistan gərginliyinin sona çatmasında tərəflərinayrı-ayrılıqda danışıqların aparılması, ən sonda da Vaşinqtonda baştutan Azərbaycan-Ermənistan danışıqları və real uğurlar qazanmasıDonald Trampın Nobel sülh mükafatı almasını əsaslandırır”.

“Şübhəsiz ki, Trampın bundan sonrakı faəliyyətində də biz sülhvə əmin-amanlığa xidmət edəcək addımların atılacağını görə bilərik.Hazırda Trampın əldə edə biləcəyi sülh proseslərinin reallığıAzərbaycan-Ermənistan danışıqlarında və Rusiya-Ukraynadanışıqlarında görünür.

Hər iki münaqişədə də real nəticələrin əldə edilməsi mümkündür.Bu danışıqlar Azərbaycan-Ermənistan arasında 30 ildən çox müddətdirdavam edən münaqişəni bitirə bilər. Bu da Trampın Nobel sülhmükafatı qazanması üçün ən önəmli səbəb ola bilər.

Hazırda mövcud dünya sistemində bu mükafata Donald Trampdan dahalayiqli siyasi fiqur yoxdur. Hesab etmək olar ki, builki Nobel sülhmükafatını alma ehtimalı da Donald Trampdadır. TrampınAzərbaycan-Ermənistan sülhünə verdiyi töhfə dünya ictimaiyyətitərəfindən də düzgün qiymətləndiriləcək və Donald Tramp bu mükafatıalacaq”, - T.Rzayev deyib.

Seçilən
94
50
az.trend.az

10Mənbələr