AZ

Rusiyalı deputatdan Azərbaycana qarşı sanksiya və “SVO” HƏDƏSİ – VİDEO

Rusiyalı deputat Azərbaycana qarşı sanksiya və “SVO” ilə bağlı çıxış edib.

Interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycana qarşı sanksiyalar tətbiq olunması və “xüsusi hərbi əməliyyat” (SVO) elan edilməsi ilə bağlı çərənləyib.

Deputat Azərbaycan məhsullarının Rusiyaya idxalına qadağa qoyulmasının mümkünlüyündən danışaraq bildirib ki, bu, Rusiya üçün ciddi təsir yaratmasa da, Azərbaycan iqtisadiyyatına ağır zərbə ola bilər.

Qurulev həmçinin Rusiyada fəaliyyət göstərən azərbaycanlılara qarşı təzyiqlərin artırılacağını deyib.

Onun sözlərinə görə, “SVO anlayışı çevikdir və Rusiya Federasiyasının bütün sərhədlərinə şamil oluna bilər”.

Xuraman Etibarlı

Interpress.az

Seçilən
3
interpress.az

1Mənbələr