AZ

Xocavənddə mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb

Bakı. Trend:

Xocavənd rayonunun Çörəkli və Yemişcanlı kəndləri istiqamətindəmürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar FövqəladəHallar Nazirliyinin qüvvələri tərəfindən havanın isti və küləkliolmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədənməhdudlaşdırılıb.

Trendxəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda yanğınların tam söndürülməsiistiqamətində əməliyyat davam edir.

Bundan əlavə, Ağdərə rayonunun Ortakənd və Suqovuşan kəndləriistiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdəbaş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davametdirilir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-inDövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiyadəstəsinin helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Seçilən
16
21
az.trend.az

10Mənbələr