AZ

Qusarda qadın 12-ci əri tərəfindən...

Qusar rayonunda törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

“Yeni Sabah” xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 10-da gecə saat 4 radələrində Yuxarı Tahircal kəndində qeydə alınıb. Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı götürüb qaçıb və yaşadığı Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və o, qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış.

Məlumata görə, son günlər cütlük arasında mübahisələr yaşanırmış. Hadisədən bir gün əvvəl də V.Əlibəyovla Ş.Ömərova arasında mübahisə baş verib. Elə həmin gün gecə saatlarında V.Əlibəyov evdən götürdüyü balta ilə Ş.Ömərovaya yatdığı yerdə zərbələr endirib. Səsə yuxudan oyanan Ş.Ömərovanın qardaşı Şirin Ömərov ona mane olmaq istəsə də, alınmayıb. V.Əlibəyov qadının qardaşını da balta ilə qətlə yetirib. Toyuqlu pizza

Məlumatda bildirilir ki, Ş.Ömərova fiziki qüsurlu olub və o, V.Əlibəyovdan əvvəl 11 dəfə ərdə olub. İlk həyat yoldaşından üç övladı olan Ş.Ömərovanın digər ərlərindən övladı olmayıb. V.Əlibəyov isə onun qeyri-rəsmi yaşadığı 12-ci əri olub.


Telegram kanalımız
Seçilən
16
3
yenisabah.az

6Mənbələr