AZ

“Saakaşvili və “Milli Hərəkat”ın xəyanəti Rusiyanın işğalına haqq qazandıra bilməz”

Yazını böyüt
Yazını kiçilt

“Biz hər bir gürcü, gələcək nəsil üçün qəhrəmanlıq nümunəsi olan Şindisinin qəhrəmanlarının xatirəsini ehtiramla anırıq, övladlarımız, gələcək nəsil belə qəhrəmanlıqla böyüməlidir”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avqust müharibəsi zamanı Şindisidə həlak olmuş qəhrəmanların memorialını ziyarət edərkən jurnalistlərə deyib.

Baş nazir bildirib ki, vətənə sevgi, vətənpərvərlik ən ali dəyərdir.

“Bu qəhrəmanlıq vətənə sevginin, vətənpərvərliyin ən ali dəyər olduğunu bizə xatırladır, onun uğrunda da ən qiymətli şeyi belə qurban verməyə dəyər, bu həyatdır və Şindisinin qəhrəmanları bizə məhz bunu nümunə göstəriblər. Onların xatirəsini ehtiramla anmaq bizim borcumuzdur”, – Kobaxidze bildirib.

Baş nazir deyib ki, Saakaşvili və “Milli Hərəkat” tərəfindən edilən heç bir xəyanət Rusiyanın həyata keçirdiyi işğala haqq qazandıra bilməz. Çünki Rusiya Gürcüstan ərazilərinizin 20 faizini işğal edib.

Kobaxidze bildirib ki, sülh yolu ilə Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək hakimiyyətin əsas milli vəzifəsidir.

Seçilən
38
50
hafta.az

10Mənbələr