AZ

Pezeşkian Paşinyanla danışdı: Tehran rəsmisi etirazını bildirdi

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Regional kommunikasiyalar ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefon danışığında deyib.

Paşinyan avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələrini Pezeşkiyana təqdim edib, eyni zamanda Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün region üçün açdığı imkanları qeyd edib.

Ermənistanın baş naziri İran prezidentinə Vaşinqton razılaşmalarına obyektiv qiymət verdiyinə görə təşəkkür edib və onun İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.

İran xarici işlər nazirliyinin təmsilçisi İsmail Baqai isə bildirib ki, Tehran hər iki ölkə ilə Azərbaycan və Ermənistanla sıx təmasdadır: "Region ölkələri arasında iqtisadi vəziyyətin yaxşılaşdırılması, inkişafı və xalqlarının rifahının yaxşılaşdırılması üçün alət rolunu oynayan nəqliyyat və kommunikasiya yollarının açılmasını və genişləndirilməsini daim dəstəkləməyimizə baxmayaraq, biz həmişə bəyan etmişik ki, bu istiqamətdə hər hansı addım beynəlxalq hüquqa zidd olmamalıdır, dövlətlərin milli maraqlarını və ya geosiyasi strukturunu pozmamalıdır”.

O əlavə edib ki, bu, Tehranın dəyişməz mövqeyidir və bunu hər iki qonşu dövlət də yaxşı bilir: "Biz heç bir formada kənar fövqəldövlətlərin müdaxiləsini bu regionun təhlükəsizliyi və sabitliyi üçün faydalı hesab etmirik. Biz tez bir zamanda bu məsələ ilə bağlı öz etirazımızı bildirdik və Ermənistan hakimiyyəti ilə gələcək təmaslarımızda bunu açıq şəkildə ifadə edəcəyik".

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
5
olke.az

10Mənbələr