AZ

Xocavənd, Ağdərə və Zəngilanda yanğınlarla mübarizə tədbirləri davam etdirilir  

Xocavənd rayonunun Çörəkli və Yemişcanlı kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən havanın isti və küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda yanğınların tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam edir.

Bundan əlavə, Ağdərə rayonunun Ortakənd və Suqovuşan kəndləri istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə baş verən yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edilib ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək.

Seçilən
41
50
azerbaijan-news.az

10Mənbələr