AZ

Paşinyan Ərdoğana da ZƏNG ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə Ərdoğana məlumat verib. 

Xüsusilə, Ermənistan və Azərbaycan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı birgə müraciət, regionda kommunikasiya xətlərinin açılması, həmçinin “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi müzakirə edilib.
 

Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması regionda əməkdaşlığın yeni səviyyəyə çıxması üçün imkan yaradır.


Telefon danışığında həmçinin Ermənistan-Türkiyə ikitərəfli gündəliyindəki məsələlər, o cümlədən əvvəlki razılaşmaların icrası prosesi müzakirə olunub. Paşinyan hazırkı şəraitin bu razılaşmaların həyata keçirilməsi üçün indiyədək olmadığı qədər əlverişli olduğunu vurğulayıb.
Tərəflər fəal siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Bizim.Media

Seçilən
28
4
bizim.media

10Mənbələr