Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq.
Bu barədə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnində qeyd edilib:
“Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra (gün ərzində) öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”.