AZ

Avtomobili belə cilalamaq təhlükəlidir: Mütəxəssislərdən XƏBƏRDARLIQ FOTO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər sosial mediada, xüsusilə “TikTok” platformasında avtomobillərin sükan çarxı və idarə panelinin vazelinlə cilalanması trend halını alıb.

Avtosfer.az xəbər verir ki, avtoyuma sahibləri və mütəxəssislər bu üsulun avtomobillərə ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Bu praktika sükan çarxı və alət panelinə vazelin sürtmək və sonra mikrofiber parça ilə silməkdən ibarətdir. İlk baxışda parlaq və səliqəli görünüş yaratsa da vazelin səthdə yağlı təbəqə əmələ gətirir, toz, saç və kiri özünə çəkir. Alət paneli isə bu maddəni qəbul etmədiyi üçün səthdə yapışqan qalıq qalır və qısa müddət sonra yenidən çirklənir.

Mütəxəssislər bildirir ki, vazelinin nəmləndirici xüsusiyyəti alət panelində uzun müddət rütubət saxlayaraq materiala zərər verə, xüsusilə günəş şüalarının təsirində çatlama və deformasiya yarada bilər.

Ekspertlər avtomobil sahiblərinə tövsiyə edirlər ki, avtomobillərini hər iki həftədən bir müntəzəm yuyub qulluq etsinlər və yalnız avtomobillər üçün nəzərdə tutulmuş xüsusi təmizlik məhsullarından istifadə etsinlər. Qısa müddətli parıltı versə də sosial mediada yayılan belə üsullar avtomobillərə uzunmüddətli ziyan vura bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
22
avtosfer.az

10Mənbələr