AZ

Paytaxtda köhnə avtobuslar sıradan çıxarılır AYNA dan AÇIQLAMA

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhərində uzun illərdir istifadə olunan köhnə avtobusların sayı azalmır və bu, ictimai nəqliyyatın keyfiyyətinə mənfi təsir göstərir. Köhnəlmiş və texniki baxımdan zəif avtobuslar sərnişinlərin komfortunu aşağı salmaqla yanaşı, şəhərin ekoloji vəziyyətinə də mənfi təsir göstərir.

Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müasir, ekoloji təmiz avtobusların tətbiqi ilə köhnə nəqliyyat vasitələrinin əvəzlənməsi üçün tədbirlər həyata keçirir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti daim təhlil edilir, şəbəkə yenidən formalaşdırılaraq marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır:

"AYNA tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Dövlətin təşəbbüsünü dəstəkləyən özəl daşıyıcı şirkətlər ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edən müasir nəqliyyat vasitələrini əldə edir. İlin əvvəlindən 2025-ci ildə alınması planlaşdırılan 100 yeni avtobusdan 44-ü artıq gətirilərək paytaxt marşrutlarında istismara verilib.

Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda - 2200-dən çox avtobus fəaliyyət göstərir. Avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən əlavə 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək".(musavat)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
avtosfer.az

1Mənbələr