Azərbaycan və Ermənistan sərhədi ayrı-ayrı saziş - sülh müqaviləsi layihəsi əsasında delimitasiya edəcək. Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tam mətnində əksini tapıb.
"Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar", - sənəddə deyilir.