AZ

Rusiyada "WhatsApp" və "Telegram"-a məhdudiyyətlər başlayıb

Rusiyada

Rusiyada sanksiyalara görə lazımi infrastruktur yenilənməsini başa çatdıra bilmədiyi üçün "WhatsApp" və "Telegram"-da zənglər bloklanıb.

Xalqcebhesi.az xəbər verir ki, Rusiyada vətəndaşlar səhər saatlarından “WhatsApp” və “Telegram” vasitəsilə edilən zənglərdə problem yarandığını bildirib.

Rusiya mətbuatı xəbər verir ki, ölkədəki mobil operatorlar Rusiya hökumətinə məktub yazıb və sanksiyalara görə lazımi infrastruktur yenilənməsinin qarşısı alındığını bildirib.

Digər tərəfdən, internet trafikinin artdığına işarə edən operatorların trafikin azaldılması üçün "WhatsApp" və "Telegram" üzərindən edilən zənglərin bloklanmasını tələb etdikləri bildirilib.

Rəsmi açıqlama verilməsə də, bəzi Rusiya rəsmiləri bloklamanın telefon fırıldaqçılığı ilə mübarizə üçün zəruri olduğunu iddia ediblər.

Rusiya parlamentinin aşağı palatası olan Dumanın bəzi deputatları iyulun 18-də verdiyi açıqlamada mesajlaşma proqramı olan "WhatsApp"-ın milli təhlükəsizliyi təhdid etdiyini əsas gətirərək qadağan edilməsini istəyib.

Məryəm Quliyeva

Seçilən
7
4
xalqcebhesi.az

2Mənbələr