AZ

Sülhün diplomatik qapısı açılır: Cənubi Qafqazda yeni dövr

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması region üçün tarixi dönüş nöqtəsi ola bilər. Əgər bu proses real siyasi iradə ilə davam edərsə, ilk növbədə uzun illər davam edən hərbi gərginlik və sərhəd insidentləri minimuma enər”. Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, bu iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarını genişləndirəcək:“Bununla yanaşı Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşmasını sürətləndirəcək. Diplomatik əlaqələrin qurulması Cənubi Qafqazda sülh gündəliyini gücləndirər. Beynəlxalq sərmayə üçün riskləri azaldar və regionun geosiyasi çəkisini artırar. Eyni zamanda, bu proses Azərbaycan üçün Qarabağ sonrası yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq, Ermənistan üçün isə iqtisadi blokadadan çıxmaq şansı deməkdir. Lakin münasibətlərin tam normallaşması yalnız kağız üzərində deyil, real praktiki addımlarla olmalıdır. Bu sərhədlərin açılması, kommunikasiya xətlərinin bərpası və qarşılıqlı etimad mühitinin yaradılması ilə mümkün olacaq.”Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
11
demokrat.az

10Mənbələr