Vaşinqton, 10 avqust , AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşonqtonda polis idarəsini federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə yerləşdirəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında deyib.
Prezident bu addımı paytaxtı cinayətlərdən, qan tökülməsindən, səfalətdən xilas etmək üçüm atacağını bildirib.
Tramp Vaşinqtondan başlayacağını, lakin cinayətə qarşı daha geniş mübarizənin ABŞ-ın digər ərazilərində də aparılacağını söyləyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton