AZ

Razılaşmanın əldə edilməsini bir daha alqışladım - Makron

Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır.

Publika.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “X” hesabında yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını belə şərh edib:

“Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə ABŞ-nin iştirakı ilə razılaşmanın əldə edilməsini bir daha alqışladım. Mən bu razılaşmanın tezliklə hər bir tərəfin maraqlarını nəzərə alan sülh sazişinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracağına ümidvar olduğumu bildirdim”.

Seçilən
52
24
publika.az

10Mənbələr