AZ

Tramp Putinlə görüşəcəyini təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Cümə günü Rusiyaya gedirəm. Putinlə görüşmək niyyətindəyəm”, - deyə Tramp bildirib.

O, bununla da görüşün Rusiyada baş tutacağını bəyan edib.

Amma Ağ Ev rəhbəri görüşün təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Rusiya liderlərinin avqustun 15-də Alyaskada görüşəcəyi barədə məlumat yayılmışdı. 

Seçilən
46
50
qafqazinfo.az

10Mənbələr