"Fənərbağça" rəhbərliyi yay transfer pəncərəsində gündəmdə olan Niko Yankoviçin keçidindən rəsmi şəkildə imtina edib.
Fanat.Az xəbər verir ki, qərara azarkeşlərin sosial şəbəkələrdə göstərdiyi kütləvi etirazlar səbəb olub.
Xorvatiyanın "Riyeka" klubunun yarımmüdafiəçisi ilə aparılan danışıqların son mərhələsinə yaxın tərəflər razılıq əldə etsələr də, fanatlardan gələn mənfi reaksiyalar rəhbərliyin mövqeyini dəyişib.
Bildirilir ki, rəhbərlik potensial gərginliyin qarşısını almaq üçün bu addımı atıb.
Kamil Xudiyev