"Mançester Siti"nin braziliyalı vingeri Savio iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Tottenhem" "sambaçı"nın transferi üçün "şəhərlilər"ə 50 milyon avro təklif edib. Mənbə Mançester təmsilçisinin bu satışdan daha çox qazanmaq istədiyini və hazırda tərəflərin danışıqları davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, 21 yaşlı Savio ötən mövsüm MS-in forması ilə bütün turnirlərdə 48 matça çıxaraq 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc futbolçunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat