AZ

Ukrayna sərhədçiləri Slovakiya istiqamətində 19 nəfəri saxlayıb

Zakarpatya vilayətinin Pallo kəndi yaxınlığında pilotsuz uçuş aparatları vasitəsilə aşkarlanan 19 hərbi çağırış yaşlı kişi saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Onların Slovakiya ilə sərhədi qanunsuz yolla keçməyə cəhd etdiyi bildirilib.

Qeyd olunur ki, sərhədçilər dronlar vasitəsilə aşkarladıqları şəxsləri dərhal izləyərək ələ keçiriblər. Onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Qeyd edək ki, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets isə daha əvvəl açıqlamasında ölkədə hərbi komissarlıq əməkdaşlarının qanun pozuntularının kütləvi hal aldığını bildirmişdi.

Onun sözlərinə görə, bu cür hallar həm ictimai narazılığa, həm də hərbi çağırış prosesinə etimadın azalmasına səbəb olur.

Seçilən
48
50
operativmedia.az

10Mənbələr