Biləsuvar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb.
Operativ Media xəbər verir ki, qəza köhnə Ələt–Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.