AZ

Əliyevin Vaşinqtonda əldə etdiyi böyük razılaşmaya ATƏT-dən birmənalı dəstək gəldi...


Sahil Kərimli: “Bu məsələyə ATƏT-in baş katibindən birmənalı dəstək gəlməsi Azərbaycanın maraqlarına tam uyğundur”

“Biz 8 avqust tarixində Vaşinqton şəhərində imzalanmış Birgə Bəyannaməni məmnunluqla qarşılayır, bu mühüm addım münasibətilə Ermənistan və Azərbaycanı təbrik edir və onun gerçəkləşməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın mühüm rolunu yüksək qiymətləndiririk.

Bu fikirlər ATƏT-in rəsmi saytında yerəşdirilmiş bəyanatında yer alıb.

Bəyanatda bildirilir ki, ATƏT hər iki ölkədə dayanıqlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş bütün səylərə sadiqliyini təsdiq edir: "ATƏT 8 avqust tarixli Birgə Bəyannamənin icrasına dair öz mandatı çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır".

Azərbaycan Prezidenti bu tələbinə də nail oldu, Minsk Qrupunun buraxılması barədə Vaşinqtonda əldə olunm razılaşmaya ATƏT sədri "hə" dedi.

“Azərbaycan ilk növbədə sülh müqaviləsinin imzalanması ilə bağlı öz haqlı tələblərindən birinə nail oldu”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərh verən siyasi ekspert Sahil Kərimli “İlk növbədə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qazanılan uğur, atılan addım birbaşa Azərbaycanın qətiyyətli və haqlı, ədalətli siyasətinin bariz nümunəsidir. ABŞ-da keçirilən görüş, ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanan sənədlər və xüsusilə də Azərbaycanın uzun müddətdir Ermənistana irəli sürdüyü təklif həllini tapdı. Azərbaycanın sülh sazişinin imzalanması ilə əlaqədar əsas təkliflərindən biri də ATƏT-in Misk qrupunun buraxılması ilə bağlı Ermənistanın müraciət etməsi idi. Dünyanın 1 nömrəli paytaxtında, dünyanın 1 nömrəli ofisində keçirilən görüş zamanı Azərbaycan nail oldu ki, Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-in baş katibinə müraciət ünvanladı. Təbiidir ki, bu müraciət həm də Azərbaycan tərəfindən ünvanlandı. Gözləntilər çox uzun sürmədi və yenə də Azərbaycanın qətiyyəti, Azərbaycanın praqmatik, düşünülmüş siyasəti qalib gəldi, ATƏT-in baş katibi məsələ ilə bağlı müsbət qərar verdi, mövqe nümayiş etdirdi. Bu, Azərbaycanın uzun illər əldə etdiyi uğurların siyahısına daha bir uğur kimi yazılan bir hadisədir. Çünki Azərbaycan ilk növbədə sülh müqaviləsinin imzalanması ilə bağlı öz haqlı tələblərindən birinə nail oldu”.

S.Kərimlinin sözlərinə görə, o ki qaldı Ermənistan konstitutsiyasının dəyuşdirilməsi məsələsinə, bu da Azərbaycanın əsas tələblərindən biri idi və Ermənistanın baş nazirinin bu istiqamətdə də Amerikada üzərinə öhdəlik götürdüyünü bir daha xüsusi vurğulamalıyıq: “2026-cı ildə Ermənistan öz konstitutsiyasına dəyişiklik edəcək. ATƏT-in Minsk qrupu Vaşinqtonda əldə edilən böyük razılaşma nəticəsində, əlbəttə ki, ləğv olunacaq. Bu məsələyə ATƏT-in baş katibindən birmənalı dəstək gəlməsi Azərbaycanın maraqlarına tam uyğundur. Bu uzun illər bölgədə sülhün və təhlükəsizliyin əldə olunması istiqamətində Azərbaycanın apardığı siyasətin bariz nəticələrindən biridir. Biz Zəngəzur dəhlizi ilə bağlı da xüsusi məqamı vurğulamalıyıq ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan bölgəsinə maneəsiz keçidin təmin olunması ilə bağlı nəhayət Ermənistan razılaşmaya imza atdı və bu da ikitərəfli və üçtərəfli danışıqlar, razılaşmalar nəticəsində bizim əldə etdiyimiz ən böuük uğurlardan biridir”.

İradə SARIYEVA

Seçilən
44
50
baki-xeber.com

10Mənbələr