AZ

Dostunun qisasını alan sürücü yük maşınını insanların üzərinə sürdü VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sürücü dostunun qisasını almaq üçün yük maşınını insanların üzərinə sürüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Novosibirsk şəhərində baş verən hadisə bir iaşə obyektinin kamerasına düşüb. Məlumata görə, avqustun 10-da səhər saatlarında Petuxova küçəsi, 79B ünvanında yerləşən kafe-barda bir şəxs hələlik məlum olmayan səbəblərdən döyülüb. Hadisədən xəbər tutan zərərçəkənin dostu idarə etdiyi “Howo” markalı yük maşınını qəsdən iki dəfə arxa-arxaya verərək kafe-barın qarşısında dayanan insanların üzərinə sürüb.

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ancaq iaşə obyektinə ciddi zərər dəyib.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
18
avtosfer.az

10Mənbələr