ABŞ-ın Şimali Karolina ştatının Uillo-Sprinq şəhərində yaşayan Cenifer Klaynendorst cəmi bir ay ərzində iki dəfə lotereyada qalib gələrək ümumilikdə 2,25 milyon ABŞ dolları qazanıb. Avtosfer.az xəbər verir ki, UPI-nin məlumatına görə, o, əvvəlcə "2025 Multiply The Cash Second Chance" lotereyasında 250 min dollar, daha sonra isə "100X The Cash" oyununda 2 milyon dollar əldə edib. Klaynendorsta uduşunu iki üsulla almaq təklif olunub - hər ay 100 min dollar olmaqla mərhələli şəkildə və ya bütün məbləği birdəfəlik. O, pulları dərhal götürməyi seçib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta