Fransanın PSJ klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnıyı sıralarına cəlb edib.
Bakues.az “RMC Sport”a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Liqa 1 təmsilçisi ilə müqavilə bağlamaq üçün bu gün Parisə yollanıb.
Qeyd edək ki, İ.Zabarnıy son olaraq İngiltərənin “Bornmut” klubunun formasını geyinib.