AZ

Venesuela Qayana ilə mübahisəyə dair sənədləri BMT-yə təhvil verib

Venesuela Beynəlxalq Ədalət Məhkəməsinə Bolivar Respublikasının Qayana ilə mübahisə predmeti sayılan ərazisi Qayana-Essekiboya hüququnu təsdiq edən 50 cildlik sənədlər təqdim edib.

“Report”un xəbərinə görə, bunu Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqes “Venezolana de Televisión” telekanalına açıqlamasında deyib.

Rodriges Venesuela Xarici İşlər Nazirliyinin “Suveren hüquq və Qayana-Essekibo ilə bağlı tarixi həqiqətlə bağlı rəsmi mövqeyin genişləndirilməsindən” bəhs edən kommünikesini oxuyub.

Eyni zamanda, diplomatik şöbə Venesuelanın Qayana ilə bu ərazi mübahisəsinin həllində Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını tanımadığını vurğulayıb. Venesuela Xarici İşlər Nazirliyi BMT Nizamnaməsinin əsas prinsiplərinə, o cümlədən Cenevrə sazişinə tam və müstəsna öhdəliyinə sadiqliyini bir daha təsdiqləyib.

Qayana-Essekibo ərazisinin (159,5 min kv. km) mülkiyyət məsələsi yüz ildən artıqdır ki, davam edir.

Münaqişə 2015-ci ildə tərkibində ən azı 10 milyard barel neft olan yataqların kəşfindən və Qayananın ExxonMobil-ə neft hasilatına dair konsessiya verməsindən sonra kəskinləşib.

Seçilən
26
report.az

1Mənbələr