Bakı. Trend:
Növbəti mövsümə hazırlıqlarını davam etdirən I Liqa təmsilçisi"Difai" daha bir transfer gerçəkləşdirib.
Trend xəbər verir ki, klubunmətbuat xidmətinin yaydığı məlumata görə, Ağsu təmsilçisi sonolaraq "Araz Naxçıvan" formasını geyinən və ondan əvvəl "Difai"dəçıxış edən Bayraməli Qurbanovu heyətinə qatıb.
Qeyd edək ki, 22 yaşlı hücumçu "Difai" və "Araz-Naxçıvan"danbaşqa "Səbail-2"nin də formasını daşıyıb.