AZ

Kolumbiya muzdlu hərbçilərin başqa ölkələrə göndərilməsini qadağan etmək istəyir

Kolumbiya Konqresi Kolumbiya vətəndaşlarının xaricə silahlı münaqişələrdə iştirak etmək üçün muzdlu kimi göndərilməsini qadağan edən qanunu avqustun əvvəlində qəbul edə bilər.

APA xəbər verir ki, bunu Nümayəndələr Palatasının üzvü Alirio Uribe Munoz deyib.

Avqustun əvvəlində Kolumbiya Prezidenti Qustavo Petro Konqresə muzdluluğu qadağan edən qanun layihəsinə təcili baxılmasını xahiş etdiyini açıqlayıb.

"Son müddət yoxdur, lakin ümid edirəm ki, qanun layihəsi yaxın vaxtlarda qəbul olunacaq və avqustda təsdiq olunacaq", - Uribe bildirib.

Seçilən
26
1
apa.az

2Mənbələr