“Mançester Yunayted”in məşhur şotlandiyalı çalışdırıcısı Aleks Ferqyuson indiyədək gördüyü ən yaxşı komandanın adını açıqlayıb.
Publika.az xəbər verir ki, “2011-ci ildə Çempionlar Liqasının finalında “Uembli”də qarşılaşdığımız “Barselona” mənə ən böyük təsir bağışlayan komanda oldu. Onlara qarşı oynamaq mümkünsüz idi”, – deyə Aleks Ferqyuson bildirib.
2010/11 mövsümündə Çempionlar Liqasının finalında “Mançester Yunayted” “Barsa”ya 1:3 hesabı ilə məğlub olub.