“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes klubdan ayrılacağı ilə bağlı şayiələri təkzib edib.
Publika.az xəbər verir ki, o, mətbuata açıqlamasında bu sözləri deyib:
“Barselona” azarkeşləri rahat nəfəs ala bilər, çünki mən burada qalacağam. “Barselona”nı tərk etməyəcəyəm”.
22 yaşlı ispaniyalı futbolçu “Mançester Yunayted”, “Bavariya” və “Çelsi”nin maraq dairəsinə düşmüşdü.