AZ

Ukrayna ordusu Stavropolda Rusiyanın iki zavodunu vurdu

BAKI, 12 avqust. TELEQRAF

Ukrayna ordusu avqustun 12-nə keçən gecə Rusiyanın Stavropol şəhərinə PUA zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanallarında məlumatlar yayılıb.

Yerli sakinlərin sözlərinə görə, “Monokristal” və “Neptun” zavodlarına PUA zərbələri edildilib, partlayış səslərinin eşidilməsi barədə məlumatlar var. Hədəfə alınan obyektlərdə tüstü və yanğın qeydə alınıb.

“Monokristal” zavodu dünyanın ən böyük süni sapfir (korund) istehsalçılarından biridir. Şirkətin məhsulları Rusiyanın hərbi sənaye kompleksində istifadə olunur. “Neptun” zavodu həm hərbi, həm də mülki dəniz gəmiləri üçün idarəetmə sistemlərinin istehsalında ixtisaslaşıb. Zavod Rusiyanın strateji müəssisələri siyahısına daxildir.

Seçilən
45
2
teleqraf.com

3Mənbələr