AZ

MSK-nın turniket almaq istəyi baş tutmadı

Mərkəzi Seçki Komissiyasının turniketlərin alınması (çatdırılma, quraşdırılma daxil) ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Kotirovka sorğusunun dəyəri 20 760 AZN olub.

 

Cabir

 

Tarix: 12 Avqust 2025, 08:45   
Seçilən
48
pravda.az

1Mənbələr