AZ

Ukrayna dronları Monokristal zavodunu vurub

Ukrayna

Bu gecə Rusiyanın Stavropol şəhərində silsilə partlayışlar baş verib. Naməlum dronlar Monokristal zavodunu vurub.

Reyting.az
"Baza" Telegram kanalına istinadla xəbər verir ki, yerli sakinlər ən azı beş partlayış səsi eşidib və şəhərin üstündəki səmada şimşəklər görüblər.

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov bölgəyə pilotsuz təyyarə hücumu ilə bağlı məlumatı təsdiqləsə də, təfərrüatlardan yayınıb.

"Astra" Telegram kanalının məlumatına görə, hücumun hədəflərindən biri “ASC Monocrystal” müəssisəsi olub. Bu zavod dünyanın aparıcı sintetik sapfir istehsalçılarından biridir.

Sintetik sapfir optik sistemlərin, sensorların və lazerlərin qoruyucu elementlərinin, o cümlədən hərbi qurğuların tərkib hissəsidir. O, həmçinin aerokosmik, cihazqayırma və digər yüksək texnologiyalı sənayelər üçün komponentlərdə, o cümlədən hərbi sahədə istifadə olunur.

Stavropoldan çəkilmiş kadrlarda zavodun üstündən qalın qara tüstü qalxdığı qeyd olunub.

ELÇİN
Seçilən
13
1
reyting.az

2Mənbələr