AZ

Putinin Alyaska səfərinə ABŞ-dan xüsusi icazə alınacaq

Rusiya prezidenti Vladimir Putinin ABŞ ərazisi üzərindən uçaraq prezident Donald Trampla görüşmək üçün Alyaskaya enməsinə görə diplomatik kanallar vasitəsilə ayrıca icazə alınacaq.

Bizim.Media xəbər verir ki, uçuş marşrutu təhlükəsizlik baxımından diqqətlə müəyyənləşdiriləcək.
 

Böyük ehtimalla, Rusiya liderinin təyyarəsi Çukotkadan havaya qalxaraq Berinq boğazı üzərindən ABŞ ərazisinə daxil olacaq.


Qeyd edək ki, bu səfərin baş tutması Moskva və Vaşinqton arasında son illərin ən yüksək səviyyəli təmaslarından biri olacaq.

Bizim.Media

Seçilən
11
1
bizim.media

3Mənbələr