Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının idxalının qadağan edilə biləcəyini iddia edib. Lakin statistik rəqəmlər əksini göstərir.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard dollar olub:
"Azərbaycanın Rusiyaya ixracı 1,17 milyard dollar (ümumi ixracın cəmi 4,4%-i), idxalı isə 3,62 milyard dollar təşkil edib. Yəni Rusiya ötən il bu ticarətdən 2,44 milyard dollar xalis qazanc əldə edib. İdxal qadağası halında Rusiyalı iş adamları daha çox ziyan görəcək".
Deputat bildirib ki, remittenslər üzrə də asılılıq yoxdur — 2024-cü ildə Rusiyadan 496,7 milyon dollar köçürülüb ki, bu da əvvəlki illə müqayisədə 53% azdır və ÜDM-in 3%-dən aşağıdır:
"Göründüyü kimi, hətta Rusiyanın özünün statistik rəqəmləri belə Dumanın bəzi deputatlarının Azərbaycan ilə ticarət haqqında dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar."
Pərvanə Fərhadqızı