AZ

İT və rəqəmsal transformasiya üzrə qlobal lider olan ABŞ şirkəti “EPAM Systems” Azərbaycana gəlir

Bakı. Trend:

Rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünyaliderlərindən olan “EPAM Systems” şirkəti Azərbaycanda fəaliyyətəbaşlayacağını rəsmən elan edib.

Trend xəbərverir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiməlumat yayıb.

Bildirilib ki, yaxın zamanda Bakıda açılacaq nümayəndəlikəməliyyat işləri ilə yanaşı, irimiqyaslı rəqəmsallaşmatəşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan innovasiyamərkəzi kimi də fəaliyyət göstərəcək. Əməkdaşlığın xüsusiistiqaməti süni intellekt sahəsini əhatə edəcək.

Belə ki, “EPAM Systems” şirkəti digər ölkələrdə həyata keçirilənlayihələrdə öz effektivliyini sübut etmiş qabaqcıl həlləriölkəmizdə tətbiq edəcək.

Şirkət Azərbaycanda dövlət xidmətlərininrəqəmsallaşdırılmasında, “mygov” (o cümlədən mygov biznes) rəqəmsalxidmətlər ekosisteminin genişləndirilməsində və bu xidmətlərinsəmərəliliyinin və əlçatanlığının artırılmasına yönəlmiş texnolojihəllərin tətbiqində fəal iştirak etməyi planlaşdırır. “EPAM Campus”platforması vasitəsilə yerli İT mütəxəssislərin hazırlanması vətexnoloji səriştələrin inkişafı, İnnovasiya və Rəqəmsal İnkişafAgentliyi və digər dövlət qurumları ilə birgə layihələrin həyatakeçirilməsinə xüsusi diqqət ayrılacaq. Əməkdaşlıq çərçivəsindəproseslərin avtomatlaşdırılmasını asanlaşdıran, xidmətlərindəqiqliyini və sürətini artıran, istifadəçi təcrübəsinitəkmilləşdirən süni intellekt həllərinin inteqrasiyası nəzərdətutulur.

Agentliyin sədri Fərid Osmanov qeyd edib ki: “EPAM Systems”şirkəti ilə tərəfdaşlıq rəqəmsal idarəçilik, süni intellekt vəinsan kapitalının inkişafı, o cümlədən İKT xidmətləri vətexnologiya ixracı sahəsində ölkəmizin rolunun gücləndirilməsinəmühüm töhfə verəcək”.

“EPAM Systems” şirkətinin vitse-prezidenti Yuri Antanyuk:“Azərbaycan cəsarətli addımlar atan və rəqəmsallaşma sahəsindədinamik inkişaf edən ölkə olaraq diqqət çəkir. Şadıq ki,yerli istedadları qabaqcıl dünya təcrübəsi ilə bir araya gətirərəkölkənin rəqəmsal transformasiyasına öz töhfəmizi verəbiləcəyik”.

“EPAM Systems” rəqəmsal platformalarınhazırlanması, süni intellekt həllərinin tətbiqi və ümumilikdərəqəmsal transformasiya üzrə ixtisaslaşmış dünyanın ən böyüktexnologiya şirkətlərindən biridir. 62000-dən artıq mütəxəssisəmalik “EPAM Systems” şirkəti 55-dən çox ölkədə təmsil olunur və“Fortune 500” siyahısına daxil olan dünyanın ən irikorporasiyalarına xidmət göstərir. 2012-ci ildən etibarən“EPAM Systems”in səhmləri Nyu-York Fond Birjasındasatılır, şirkət 2021-ci ildən “S&P 500” indeksinə daxil olub.Bu, şirkətin miqyasını və qlobal iqtisadiyyat üçün nə dərəcədəəhəmiyyətli olduğunu sübut edir.

2024-cü ildə “EPAM Systems”in illik gəliri 4,7milyard ABŞ dollarını ötüb. Rəqəmsal həllərin dayanıqlığı,çevikliyi və miqyaslana bilməsi şirkətə rəqəmsal iqtisadiyyatınçağırışlarına effektiv şəkildə uyğunlaşmağa, müştərilərinə sadəcəxidmət deyil, həm də kompleks strateji dəstək təqdim etməyə imkanverir.

Qeyd etmək lazımdır ki, “EPAM Systems” dövlətsektorunun rəqəmsallaşması sahəsində böyük təcrübəyə malikdir vəAvropanın bir sıra ölkələrində, eləcə də Körfəz regionundalayihələr həyata keçirib. Böyük Britaniyada şirkət“ServiceNow” platforması vasitəsilə dövlətxidmətlərini modernləşdirir, Ukraynada “Diia” adlı rəqəmsalxidmətin hazırlanması və yenilənməsində iştirak edib, BirləşmişƏrəb Əmirliklərində isə “DGE OneHub” platformasınıistifadəyə verib. Bu layihələr xidmətlərin rəqəmsallaşdırılmasını,süni intellektin, bulud həllərinin və rəqəmsal platformalarıntətbiqini əhatə etməklə yanaşı, “EPAM Systems”inqabaqcıl texnologiyanı dövlət idarəçiliyinin xüsusiyyətinəuyğunlaşdırmaq bacarığını nümayiş etdirir.

Azərbaycanda son illər rəqəmsal infrastrukturun inkişafı,elektron hökumət və süni intellekt texnologiyalarının tətbiqinindəstəklənməsi istiqamətində ardıcıl strateji təşəbbüslər həyatakeçirilir. Bu səylər eyni zamanda “EPAM Systems”kimi qlobal şirkətin Azərbaycanda nümayəndəlik açma qərarına təsiredən vacib faktorlardan olub. Ölkəmizdə rəqəmsallaşma dayanıqlıiqtisadi artımın hərəkətverici qüvvələrindən biri hesab edilir və“EPAM Systems”in ölkəmizə gəlməsi bu yanaşmayaolan yüksək etimadın göstəricisidir.

Seçilən
76
6
az.trend.az

7Mənbələr